İran prezidentinin ABŞ-a səfər tarixi açıqlanıb
16 sentyabr 2012 19:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ABŞ-a sentyabrın 20-22 aralığında gedəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. Onun sözlərinə görə, İran prezidenti Nyu-Yorka BMT Baş Assambleyasının 67-ci yığıncağında iştirak edəcək: “Viza ilə bağlı heç bir çətinlik yoxdur. Prezident və onu müşayiət edəcək nümayəndə heyətinə çərşənbə axşamı viza veriləcəyi bildirilib”.
Qeyd edək ki, M. Əhmədinejad indiyədək 7 dəfə BMT BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu onun prezidentliyinin son ilində ABŞ-a səkkizinci səfəri olacaq.
Qeyd edək ki, M. Əhmədinejad indiyədək 7 dəfə BMT BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu onun prezidentliyinin son ilində ABŞ-a səkkizinci səfəri olacaq.
Asiya
İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib
01:52
19 may 2024
Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
00:47
19 may 2024
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
21:35
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024