Bank Of Baku

Əfqanıstanda nümayişçilərlə baş verən toqquşmada 50-dək polis yaralanıb

Əfqanıstanda nümayişçilərlə baş verən toqquşmada 50-dək polis yaralanıb
# 17 sentyabr 2012 10:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Kabildə “Müsəlmanların məsumluğu” filminə etiraz olaraq küçələrə çıxan nümayişçilərlə baş verən toqquşmalarda 50-dək polis əməkdaşı yaralanıb. APA-nın məlumatına görə, nümayiş Əfqanıstan paytaxtının Puli-Çarxi qəsəbəsində başlayıb və hazırda davam edir. Aksiya iştirakçıları polisləri NATO Phoenix bazasının yerləşdiyi rayonda daşa tutublar. Aksiya zamanı Kabilin polis rəisi, general Məhəmməd Əyyub Salanqi də yüngül yaralanıb. Toqquşmalar baş verən bölgəyə çevik polis alayının qüvvələri cəlb olunur. Nümayişçilərin artıq bir polis maşınını, bir neçə anbar və mağazanı yandırdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR