İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “Uranın zənginləşdirilməsini davam etdiririk”
17 sentyabr 2012 23:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə fəaliyyətləri sülhməramlıdır və əsla atom silahı istehsal etmək niyyətində deyil”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 56-cı sessiyasında İranın Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi bildirib. Onun sözlərinə görə, İran İslam dininə əsasən istifadəsi haram olan atom bombası kimi silahları istehsal etmir. F. Abbasi İranın uranı zənginləşdirməyə davam etdiyini bildirib: “İran hazırda nüvə obyektləri üçün yanacaq kimi istifadə edilən 20% həcmində uran zənginləşdirir”. O, Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyektində də 20% həcmində uran zənginləşdirildiyini vurğulayıb.
F. Abbasi iranlı nüvə alimlərinin və mütəxəssislərin qətlə yetirilməsi məsələsinə də toxunub: “Son bir ildə nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirən şəxslər İran kəşfiyyatı və təhlükəsizlik qüvvələri tərəfindən müəyyənləşdirilərək həbs olunub”.
F. Abbasi iranlı nüvə alimlərinin və mütəxəssislərin qətlə yetirilməsi məsələsinə də toxunub: “Son bir ildə nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirən şəxslər İran kəşfiyyatı və təhlükəsizlik qüvvələri tərəfindən müəyyənləşdirilərək həbs olunub”.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024