Bank Of Baku

İranın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək

İranın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək
# 18 sentyabr 2012 02:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Sentyabrın 22-də İranın Türkiyədəki (Ankara) səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək. APA-nın məlumata görə, aksiya yerli vaxtla saat 11:30-da başlayacaq. Piket iştirakçıları Kuğulu parkından səfirlik binasının qarşısınadək yürüş keçirəcəklər. Onlar İranda Azərbaycan dilində təhsilə qadağa qoyulmasına etirazlarını bildirəcəklər. Aksiyada Turkiyədə mühacirətdə yaşayan, əslən İrandan olan azərbaycanlılarla yanaşı, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan mənşəli Türkiyə vətəndaşları və yerli sakinlər də iştirak edəcək.
Qeyd edək ki, 22 sentyabr, yəni 1 mehr İranda yeni dərs ili başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR