Bank Of Baku

Səid Cəlili: “İranın nüvə proqramına dair Ketrin Eştonla keçirdiyim görüş yaxşı və məhsuldar oldu”

Səid Cəlili: “İranın nüvə proqramına dair Ketrin Eştonla keçirdiyim görüş yaxşı və məhsuldar oldu”
# 19 sentyabr 2012 16:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili İranın İstanbuldakı Baş Konsulluğunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Cəlili bildirib ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonla İranın mübahisəli nüvə proqramına dair keçirdiyi görüş yaxşı və məhsuldar olub: “İranla “altılıq” ölkələri arasında Moskvada keçirilən görüşdə qarşı tərəfə proqram təqdim etmişdik. Bu plan üzrə texniklər, mütəxəssislər və müavinlər səviyyəsində görüşməyi, bir həll yolu tapmağı xahiş etdilər. Moskva görüşündən dərhal sonra İstanbulda mütəxəssislər, texniklər və müavinlər səviyyəsində danışıqlar oldu. Ramazan ayında telefonla danışdığım Ketrin Eşton mənimlə üzbəüz görüşmək istədiyini söylədi. Biz də hər zaman görüşməyə açığıq. Biz onlara verdiyimiz planın, təkliflərimizin cavabını almağa hazırıq. Sentyabrın 18-də axşam saatlarında yaxşı görüş oldu. Həm Moskva görüşü, həm də ondan sonrakı müddətdə aparılan danışıqları nəzərdən keçirdik və ortaq nöqtələrimizi qiymətləndirdik. Yeni əməkdaşlıq və yeni görüşlər üçün nə edə biləcəyimizi danışdıq. Yekunda Ketrin Eştonun görüşün nəticəsini “altılıq”la dəyərləndirməsi qərara alındı. Bu səbəbdən Moskva görüşündən sonra mütəxəssislər və müavinlər səviyyəsində aparılan danışıqlardakı ortaq nöqtələri birləşdirərək gələcək müzakirələr üçün çərçivə müəyyənləşdirildi. Artıq Ketrin Eştonun “altılıq”la görüşün nəticəsini qiymətləndirməsini və bizə konkret cavab verməsini gözləyirik. Yaxşı və məhsuldar görüşümüz oldu. Ümid edirik ki, ortaq nöqtələrin birləşdirilməsinə yaxından kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR