Bank Of Baku

Çində Yaponiya əleyhinə talanlarda iştirak edən 20 nəfər saxlanılıb

Çində Yaponiya əleyhinə talanlarda iştirak edən 20 nəfər saxlanılıb
# 20 sentyabr 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Çinin Quancou və Tsindao şəhərlərində 20 nəfər Yaponiya əleyhinə talanlarda iştirak etdiyinə görə saxlanılıb.
APA-nın verdiyi xəbərə görə, saxlanılanlar Yaponiya istehsalı maşınları yandırıb, yaponlara məxsus restoran və dükanların vitrinlərini sındırıblar. Çin polisi etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Bildirilir ki, Çində Yaponiya əleyhinə etiraz aksiyaları Yaponiya hökumətinin Senkaku adalarını (Çin bu adaları Dyaoyuydao adlandırır) yapon vətəndaşlarının şəxsi mülkiyyətdən satın alaraq milliləşdirməsi barədə verdiyi qərardan sonra başlayıb. Cin Senkaku adalarını tarixi Çin əraziləri sayır və Yaponiyanın addımını qəti şəkildə pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR