Bank Of Baku

Ketrin Eşton Səid Cəlili ilə görüşə İrandakı qaydalara uyğun olaraq baş örtüyü ilə gəlib - FOTO

Ketrin Eşton Səid Cəlili ilə görüşə İrandakı qaydalara uyğun olaraq baş örtüyü ilə gəlib - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 09:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında İranın mübahiəli nüvə proqramına dair keçirilən görüş zamanı maraqlı hadisə baş verib. APA-nın məlumatına görə, S. Cəlili ilə görüşmək üçün İranın İstanbuldakı Baş Konsulluğuna gələn K. Eştonun əlində başına bağlayacağı örtük olub. Bundan əlavə, avropalı İrandakı geyim qaydalarına uyğun paltarda olub. Eyni zamanda S. Cəlili İranın İstanbuldakı Baş Konsulluğunda keçirdiyi mətbuat konfransında ölkənin diplomatik missiyalarında tətbiq olunan qaydalara əsasən tədbirin iştirakçısı olan qadın jurnalistlərdən çadra geyməyi və ya örtük bağlamağı istəyib. Qadın jurnalistlər də onlara verilən baş örtüklərini bağlayaraq mətbuat konfransını izləyiblər.

Qeyd edək ki, İranın Baş Konsulluğu beynəlxalq hüquqa görə İran torpağı sayıldığından gələn qadın ziyarətçilərdən başlarını örtmək tələb edilir. Ancaq İran rəsmilərinin Türkiyədəki mətbuat konfransları diplomatik nümayəndəliklərdə deyil, otellərdə keçirildiyi üçün bu cür görüntülərlə az rast gəlinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR