Bank Of Baku

Avropa Birliyi: “Səid Cəlili və Ketrin Eşton arasında görüş konstruktiv keçib”

Avropa Birliyi: “Səid Cəlili və Ketrin Eşton arasında görüş konstruktiv keçib”
# 20 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Avropa Birliyi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında İranın mübahisəli nüvə proqramına dair Türkiyənin İstanbul şəhərində keçirilən görüşlə bağlı yazılı açıqlama yayıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, açıqlamada bildirilir ki, tərəflər arasında müzakirələr konstruktiv keçib: “Görüş çox əhəmiyyətli və gələcək danışıqlar üçün fürsət oldu”. Açıqlamada həmçinin K. Eştonun yaxın günlərdə bununla bağlı “altılıq” ölkələrinin nümayəndələri ilə görüşlər keçirəcəyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR