Bank Of Baku

ABŞ İrana yeni sanksiya tətbiq edib

ABŞ İrana yeni sanksiya tətbiq edib
# 20 sentyabr 2012 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ Maliyyə Nazirliyi yaydığı bəyanatda İran hava yolları şirkətlərinə məxsus 117 təyyarəni Suriyaya silah daşımaqda ittiham edərək “qara siyahı”ya saldığını açıqlayıb. Bu təyyarələrin ABŞ-ın sanksiyalarına məruz qalmış “Iran Air”, “Mahan Air” və “Yas Air” şirkətlərinə məxsus olduğu bildirilib. Həmin təyyarələrin Bəşər Əsəd rejiminə humanitar yardım adı altında İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlı “Qüds” qanadının hərbçilərini və silah daşıdığı qeyd olunub.

Bundan əlavə, ABŞ Suriya Silahlı Qüvvələrinin Tədarük Bürosu, Suriya Elmi Araşdırmalar Mərkəzinin direktoru Əmir Armanazi və mərkəzi Belarusda olan “Belvneshpromservice” adlı silah ixracatı şirkətinə də kütləvi qırğın silahlarının istehsalındakı rol oynamaları səbəbindən sanksiya tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR