Bank Of Baku

Avstraliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Avstraliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
# 04 yanvar 2020 15:50 (UTC +04:00)

Avstraliyada aylardır, davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

APA-nın xəbərinə görə, keçən ilin sentyabrında meşələrdə başlayan yanğın bəzən yaşayış yerlərinə də sıçrayır. 

Ölkənin Baş naziri Skott Morrison yanğınların söndürülməsinə daha 3 min hərbçinin cəlb ediləcəyini açıqlayıb. Bu ay Hindistan və Yaponiyaya nəzərdə tutulmuş səfərlərini təxirə salan Morrison havaların isinməsi ilə yanğın miqyasının genişlənməsi və təhlükənin artması ehtimalının olduğunu vurğulayıb. 

O bildirib ki, Yeni Cənubi Uels və Viktoriya ştatları, o cümlədən sahil zonalarında əhalinin evakuasiyası davam edir.

Qeyd edilib ki, indiyədək 5 milyon hektar meşə ərazisi və 500-dən çox ev yanıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR