Çin XİN: Ölkədə vəhşi heyvanların ətinin satıldığı bazar yoxdur

Çin XİN: Ölkədə vəhşi heyvanların ətinin satıldığı bazar yoxdur
# 23 aprel 2020 15:50 (UTC +04:00)

Çində vəhşi heyvanların ətinin satıldığı bazar yoxdur.

APA-nın xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Genq Şuanq deyib.

Onun sözlərinə görə, Çin bazarlarında kənd təsərrüfatı və dəniz məhsulları satılır.

"Onlardan yalnız az bir qismi canlı quş satır. Bu bazarlarda vəhşi heyvanların ticarəti qanunsuzdur və günahkarlar aşkarlanan kimi cəzalandırılacaqlar", - deyə XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, tez xarab olan məhsulların satıldığı bazarlar həm Çində, həm də başqa inkişaf edən ölkələrdə var: "Bu cür bazarlar insanların gündəlik yaşayışı üçün vacibdir. Beynəlxalq hüquqla bu bazarlar ləğv oluna bilməz".

Qeyd edək ki, Çin vəhşi heyvanların ətinin ticarətini qadağan etmədiyi üçün tənqid olunur. Dünyada yayılan COVID-19 virusunun Çində vəhşi heyvan bazarında satılan yarasadan insana yoluxması ilə bağlı ehtimallar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR