Çinin Guizhou vilayətində yerləşən “Quanqlonq” kömür mədənində partlayış baş verib.
APA-nın Frans-Press agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 14 nəfər ölüb.
Partlayışın təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün baş verdiyi ehtimal edilir.