Filippində Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb

Filippində Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb
# 12 yanvar 2020 15:51 (UTC +04:00)

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “CNN Philippines” telekanalı məlumat yayıb.

Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.

Bu gün vulkanının külləri 1 km hündürlüyə qədər yayılıb və bununla əlaqədar Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın püskürməsi ehtimalını 5 ballıq şkala üzrə 3 bala yüksəldib. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR