Bank Of Baku

Filippində ticarət mərkəzində saxlanılan girovlar azad edilib - YENİLƏNİB

Filippində ticarət mərkəzində saxlanılan girovlar azad edilib - YENİLƏNİB
# 02 mart 2020 17:14 (UTC +04:00)

Filippində ticarət mərkəzində saxlanılan girovlar azad edilib.

APA-nın xəbərinə görə, bu barədə “Rappler” xəbər portalı məlumat yayıb.

Silahlı şəxs isə polis tərəfindən saxlanılıb.

***

saat 10:27

Filippinin paytaxtı Manila şəhərində silahlı şəxs 30-a yaxın şəxsi girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Rappler” saytı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə ticarət mərkəzində qeydə alınıb. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, silahlı şəxs ticarət mərkəzinin keçmiş mühafizəçisi olub. Bildirilib ki, girov götürülən şəxslərin demək olar hamısı ticarət mərkəzinin əməkdaşlarıdır.

Yerli “ABS CBN” telekanalının şəhər meriyasına istinadən yaydığı məlumata görə isə üzərində qumbara olan silahlı şəxs atəş açması nəticəsində bir nəfər xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda polis onunla danışıqlar aparır, insanlar ticarət mərkəzindən təxliyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR