Bank Of Baku

Hindistanda 20-dən çox uşağı girov götürən şəxs öldürülüb - YENİLƏNİB

Hindistanda  20-dən çox uşağı girov götürən şəxs öldürülüb - YENİLƏNİB
# 31 yanvar 2020 11:18 (UTC +04:00)

Polis Hindistanın Uttar-Pradeş ştatında 20-dən çox uşağı girov götürən kişinin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

APA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Əməliyyat zamanı uşaqları girov götürən kişi öldürülüb.

Uşaqların xəsarət almadığı bildirilib.

***

saat 03:32

Hindistanın Uttar-Pradeş ştatında bir kişi evində təxminən 20-dən çox uşağı girov götürüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis dərhal uşaqların xilas edilməsi istiqamətində əməliyyata başlayıb.

Yerli KİV-in məlumatına görə, əvvəllər qətldə günahlandırılan Fərruxabad sakini Sureş Batam adlı kişi uşaqları qızının ad gününə dəvət edib və onları girov götürüb.

Uttar-Pradeş polisinin rəhbəri bildirib ki, vəziyyəti nəzarət altına almaq üçün xüsusi təyinatlılar cəlb edilib: “Vəziyyəti izləyirik. Məqsədimiz uşaqları xilas etməkdir”. 

Bildirilib ki, girovların sayı məlum deyil. Yerli sakinlər evdə 20-25 uşağın, cinayətkarın həyat yoldaşının və biryaşlı qızının olduğunu ehtimal edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR