Suriyanın Hələb şəhərinin Əs-Sakari yaşayış massivinə terrorçular tərəfindən endirlən raket zərbələri nəticəsində ölənlər və yaralananlar var.
APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, yanvarın 12-də də terrorçular tərəfindən Hələbə yeddi mərmi atılıb, şəhərin Əl-Xalidiyyə məhəlləsində və mərkəzi küçələrindən olan Ən-Nildə baş verən partlayışlar nəticəsində iki yeniyetmə həlak olub, 3 nəfər yaralanıb.