Honq Konq polisi çərşənbə axşamı gecə Yeni il gecəsi razılaşdırılmamış küçə etirazlarına start verən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
APA TASS-a istinadən xəbər verir ki, gənclərdən ibarət radikallar Monq Kok bölgəsinə toplaşıblar.
Nümayişçilər yolu kəsərək barrikadalar qurmağa çalışıblar. Şəhər yollarındakı işıqforlar sındırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılardan bir neçə nəfəri saxlayıb.
Etirazçıların yanvarın 1-də günortadan sonra nümayiş keçirməyi planlaşdırdıqları bildirirlir.
Qeyd edək ki, Honq Konqda etirazlara səbəb yerli hakimiyyət orqanlarının Çinin tabeliyinə verilməsini özündə əks etdirən qanun layihəsinin təklif edilməsidir.