İndoneziya sahillərində, Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Sunqaypenux şəhərindən 116 kilometr cənub-qərbdə yerləşib. Ocağı isə 30 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.