Bank Of Baku

İndoneziyada təbii fəlakətlər 7 nəfərin ölümünə səbəb olub

İndoneziyada təbii fəlakətlər 7 nəfərin ölümünə səbəb olub
# 23 dekabr 2019 17:07 (UTC +04:00)

İndoneziyanın qərbində yerləşən Jambi əyalətində qızıl mədənində uçqun baş verib.

APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, dağıntıların altından 4 nəfərin meyiti çıxarılıb.

Qızıl mədəninin qanunsuz olaraq fəaliyyət göstərdiyi bildirilib.

Bundan başqa, güclü yağışlardan sonra İndoneziyanın Qərbi Yava əyalətində yerləşən mağaranı su basıb. "The Jakarta Post" qəzetinin məlumatına görə, hadisə nəticəsində 3 nəfər şagird ölüb.

Şagirdlər oksigen çatışmazlığından həyatlarını itiriblər.

Xilasedicilər təbii fəlakətin qurbanı olan şagirdlərin meyitlərini mağaradan çıxarıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR