İndoneziyada ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası Cənubi Sumatra əyalətində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 24 nəfər ölüb, 16 nəfər ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.