İndoneziyanın Cənubi Sumatra əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində ölənlərin sayı artıb.
APA-nın "Antara" agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Qeyd edək ki, daha əvvəl 24 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığı bildirilib.