İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Küveytə məxsus 3 gəmi saxlandığını bəyan edib.
APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu gəmilərin İranın ərazi sularına daxil olduğu üçün saxlanıldığını bildirib.
Küveyt məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.