Bank Of Baku

İran yanvarın 11-də təyyarə qəzasının səbəbini açıqlayacaq

İran yanvarın 11-də təyyarə qəzasının səbəbini açıqlayacaq
# 11 yanvar 2020 04:28 (UTC +04:00)

 

 

İran Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması səbəbini yanvarın 11-də keçiriləcək Hava Qəzaları Komissiyasının birgə iclasında açıqlayacaq.

APA-nın xəbərinə görə, İran tərəfi iclasda qəzanın səbəbinin ilkin hesabatı dinlənildikdən sonra öz versiyasını diqqətə çatdıracaq.

Qeyd edək ki, bundan əvvəl rəsmi Tehran məlum qəzanın texniki bir səhv üzündən baş verdiyini israr etdiyi halda, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra dövlətlər təyyarənin İranın raketlə vurduğunu iddia edib. 

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR