İranda sərnişin təyyarəsi təcili eniş edib.
APA-nın Tehran bürosunun məlumatına görə, Məşhəd şəhərindən Çabahar şəhərinə uçan təyyarədə texniki nasazlıq yaranıb.
Nəticədə yerli vaxtla saat 11:25 radələrində sərnişin təyyarəsi Zahidan hava limanına təcili eniş edib.
Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.
Təyyarə eniş etdikdən sonra motorların birində yanğın baş verib və tez söndürülüb.