Bank Of Baku

Qazaxda iki nəfər bir-birini bıçaqlayıb - YENİLƏNİB

Qazaxda iki nəfər bir-birini bıçaqlayıb - YENİLƏNİB
# 07 noyabr 2026 12:28 (UTC +04:00)

TƏBİB Qazaxda bıcaqlanma hadisəsi ilə bağlı açılqma yayıb.

APA TƏBİB-ə istinadən xəbər verir ki, 06.11.2026-cı il tarixində saat 23:30 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 nəfər (kişi) hospitalizasiya olunub:

"2005-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin dərin kəsilmiş ,deşilmiş açıq yarası diaqnozu təyin olunub və əməliyyata alınıb.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

2007-ci il təvəllüdlü şəxsə isə sol baldır nahiyyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".

***

09.38

Qazaxda iki nəfərin mübahisəsi qanla bitib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü İ.Əlizadə və 2007-ci il təvəllüdlü F.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs aralarında baş verən mübahisə zamanı bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR