Bank Of Baku

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb - VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb - VİDEO
# 07 noyabr 2026 11:51 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.

APA xəbər verir ki, videoçarxda 8 Noyabrın Azərbaycan xalqının sarsılmaz iradəsinin, birliyinin və mübarizliyinin təntənəsi olduğu vurğulanıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağımızı Şuşa şəhərində dalğalandırıb.

Qeyd olunub ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimiz yeni dövrə qədəm qoyub, əzəli sakinlərinin qayıdışı ilə yenidən canlanmağa başlayıb.

Videoçarxda, həmçinin polis əməkdaşlarının və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularının azad Qarabağda xidmət apardığı, Böyük Qələbənin yaratdığı sabitlik və əmin-amanlığın keşiyində dayandığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR