Koronavirusa yoluxmuş İran parlamentinin sədri Əli Laricaninin səhhəti yaxşılaşıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Ə. Laricaninin müşaviri Həsən Zamani deyib.
O bildirib ki, Ə. Laricani özünü yaxşı hiss edir və onun səhhətində problem yoxdur.
“Həkimlərin tövsiyəsinə uyğun olaraq o, ev şəraitdə karantindədir. Həkimlər bildirib ki, Əli Laricani 15 gün karantində qalmalıdır”, - deyə H. Zamani vurğulayıb.
O spikerin gələn həftə parlamentin iclaslarında iştirak edə biləcəyini də qeyd edib.