Bank Of Baku

Küveytin yeni əmiri məlum olub

Küveytin yeni əmiri məlum olub
# 30 sentyabr 2020 05:57 (UTC +04:00)

Küveytdə Əmir IV Sabahın ölümündən sonra vəliəhd şahzadə Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah ölkənin yeni əmiri təyin edilib.

APA xəbər verir ki, bunu Nazirlər Kabineti Məsələləri üzrə nazir Ənas Xalid əl-Saleh Küveyt Əmirinin ölümü ilə əlaqədar dövlət televiziyasında çıxışı zamanı bildirib.

“Nazirlər Kabineti, Konstitusiyanın 4-cü maddəsinə əsasən, Küveyt Dövlətinin Əlahəzrət Şahzadəsi Şeyx Nəvaf Əl-Əhmədi əmir təyin edib, bununla əlaqədar rəsmi qurumların işi üç gün dayandırılıb və ölkədə 40 günlük matəm elan olunub”, - nazir belə deyib.

Ölkənin Milli Məclisinin (Parlament) sədri Marzuk əl-Qanem yeni əmirin çərşənbə günü and içəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR