Bank Of Baku

Nepal Himalay zirvələrini ekspedisiyalara bağlayıb

Nepal Himalay zirvələrini ekspedisiyalara bağlayıb
# 13 mart 2020 15:43 (UTC +04:00)

Nepal Everest zirvəsi də daxil olmaqla Himalay zirvələrini ekspedisiyalara bağlayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Nepalın Turizm naziri Yogeş Bhattaray yaz mövsümü üçün mart-may ayları ərzində bütün zirvələrə ekspedisiyaların dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, bu, COVID-19 pandemiyası ilə mübarizədə atılan ehtiyat addımdır.

Dünyanın ən yüksək 14 dağının səkkizinə sahib olan Nepal hər il alpinistlərdən ekspidesiyalar üçün 4.4 milyon dollar icazə haqqı qazanır.

Qeyd edək ki, hazırda Nepalda bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, o, Çində təhsil alan tələbədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR