Ötən il ərzində Biləsuvar sərhəd-keçid məntəqəsindən 1 milyon 510 min nəfər istifadə edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.
Bildirilir ki, sərhəd-keçid məntəqəsindən istifadə edənlərin 9 faizi İran, 91 faizi isə xarici vətəndaşlar olub. İl ərzində məntəqədən 278 min avtomobil keçib. Mart ayında bu sərhəd-keçid məntəqəsindən yalnız 20 min adam istifadə edib.
Koronavirus pandemiyası ilə əlaqədar hazırda keçid məntəqəsi bağlıdır.