"Fərat Qalxanı" anti-terror əməliyyatının keçirildiyi Suriyanın Bab bölgəsinin mərkəzində terror aktı törədilib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, yük maşınına qoyulmuş partlayıcı mülki əhalinin sıx olduğu Bab şəhərinin mərkəzində partladılıb.
Terror aktı nəticəsində ilkin təsbitlərə görə, qadınlar və uşaqlar da daxil olmaqla 7 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.
Hadisə yerinə gələn Mülki Müdafiə Xidmətinin xilasediciləri dağıntılar altında qalan mülki şəxsləri çıxartmağa çalışır.
Ölən və yaralananların sayının artacağı gözlənilir.