Tailandın Nakhonratçasima şəhərindəki “Terminal 21” ticarət mərkəzinin çoxmərtəbəli dayanacağında silahlı şəxs binanı tərk edərkən baş vermis atışmada bir xüsusi təyinatlı əsgər ölüb, digəri isə yaralanıb.
APA xəbər verir ki, bu barədə “ThaiRath TV” telekanalı məlumat yayıb.
“Komandanlığın hələ təsdiq etmədiyi ilkin məlumata görə, cinayətkarla atışma zamanı ticarət mərkəzinin binasını tərk edərkən bir xüsusi təyinatlı əsgər öldürülüb, digər bir əsgər yaralanıb”, - deyə kanaldan bildirilib.