"Toyota" koronavirusa görə Yaponiyadakı beş zavodunu bağlayır

"Toyota" koronavirusa görə Yaponiyadakı beş zavodunu bağlayır
# 03 aprel 2020 05:09 (UTC +04:00)

Yaponiyanın nəhəng avtomobil istehsalçısı Toyota Motor yeni növ koronavirusun yayılması səbəbiylə ölkədəki beş zavodunda istehsalı dayandırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, bağlanan zavodlar Ayti və Fukuoka prefekturalarında yerləşir. Bu qərar bu ərazidə yerləşən yeddi Toyota istehsal xəttinin müvəqqəti dayandırılması ilə nəticələnəcək. İşlərin bərpa edilməsi isə 6-15 aprel tarixlərinə planlaşdırılır.

Yaponiyada 18 Toyota şirkəti var. 23-25 ​​aprel tarixlərində şirkət Ayti prefekturasındakı əsas zavodlarından birini orada işləyən işçilərdə yeni növ koronavirusa yoluxma hallarının aşkarlanması səbəbindən qismən bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR