Türkiyədə bu gün ilk dəfə COVID-19-dan sağalan həkim Kürşad Dəmir donor olaraq koronavirus xəstələrinə qan bağışlayıb.
APA-nın yerli bürosunun İHA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık məlumat verib.
K. Kınık qeyd edib ki, K. Dəmir tam sağaldıqdan sonra Qızıl Aypara Cəmiyyətə müraciət edib.
O vurğulayıb ki, türkiyəli həkimin bağışladığı qan 6 xəstənin həyatını xilas edə bilər.