Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlanıb

Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlanıb
# 15 mart 2020 07:48 (UTC +04:00)

 

Türkiyədə Ümrə ziyarətindən qayıdan bir nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında yazıb.

Nazir koronavirus infeksiyası ilə əlaqədar yeni götürülən test nümunələrin nəticələrinin pozitiv olmasından narahatlığını ifadə edib: “Son bir həftə içində ziyarətdən dönən yurddaşımızın test nəticələri çox təəssüf ki, pozitiv çıxdı. Yeni yoluxmaların baş verməsindən narahatıq”.

Bununla da koronovirusa yoluxma sayının Türkiyədə 6-ya çatdığını deyən nazir  xəbərdarlıq edərək bildirib ki, Ümrə ziyarətindən yeni qayıdan hər kəs 14 gün karantində qalma tələblərinə düzgün riayət etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR