Bank Of Baku

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb

Türkiyədə son bir gündə koronavirusdan 16 nəfər ölüb
# 28 mart 2020 21:10 (UTC +04:00)

 

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib. 

O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir. 

Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib. 

Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 70 nəfərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR