Bank Of Baku

Ukrayna təyyarəsinin vurulmasına görə İranda hökumət əleyhinə etiraz aksiyaları keçirilib

Ukrayna təyyarəsinin vurulmasına görə İranda hökumət əleyhinə etiraz aksiyaları keçirilib
# 12 yanvar 2020 00:11 (UTC +04:00)

Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulması elan edildikdən sonra ölkənin bir neçə şəhərində, paytaxt Tehranın müxtəlif küçə və meydanlarında, eləcə də Əmir Kəbir Universitetində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranda "Şərif" Universiteti və Əmir Kəbir Univerisiteti önündə, eləcə də ətraf küçələrdə etirazçılar hakimiyyətə qarşı "istefa!", "utanın!" şüarları səsləndirib.

Bildirilir ki, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

Paytaxt Tehranla yanaşı İsfahan, Şiraz, Kerman və Zəncan şəhərlərində də etiraz aksiyaları keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR