Bank Of Baku

Vyetnamda polis və etirazçılar arasında toqquşmada 4 nəfər ölüb

Vyetnamda polis və etirazçılar arasında toqquşmada 4 nəfər ölüb
# 09 yanvar 2020 12:09 (UTC +04:00)

Vyetnamda polis və etirazçılar arasında toqquşma olub, 4 nəfər ölüb.

APA-nın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, ölənlərdən 3-ü polis əməkdaşı, bir nəfər isə etirazçıdır.

Vyetnam İctimai Təhlükəsizlik Nazirliyindən verilən məlumata görə, paytaxt Hanoy yaxınlığındakı Donq Tam kəndində yerləşən hərbi hava limanının ətrafında divarın ucaldılmasına etiraz edən şəxslər əl qumbaraları, Molotov kokteyli və soyuq silahla təhlükəsizlik əməkdaşlarına hücum ediblər, toqquşmada bir nəfər yaralanıb. 

“Hadisə ilə bağlı istintaq başladılıb, qanunu pozanlar həbs olunub”, - deyə Nazirliyin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR