Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə Koronavirusla mübarizə üzrə milli komitənin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, koronavirusa yoluxma ölkənin şərqində, Xadramaut vilayətində aşkarlanıb, xəstənin səhhəti stabildir.