Bank Of Baku

Abbas Musəvi: "ABŞ-ın İranı Oman körfəzində baş verən insidentdə ittiham etməsi əsassızdır“

Abbas Musəvi: "ABŞ-ın İranı Oman körfəzində baş verən insidentdə ittiham etməsi əsassızdır“
# 14 iyun 2019 14:01 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranı Oman körfəzində baş verən insidentdə təqsirli bilməsini “məsuliyyətsiz ittiham” adlandırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN sözçüsü Abbas Musəvi bildirib ki, Amerika rəsmiləri üçün ən sadə şey İranı neft tankerlərinə qarşı şübhəli insidentə görə ittiham etməkdir.

A. Musəvi ittihamların əsassız olduğunu əlavə edib. O, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün İranın məsuliyyət daşıdığını və ən qısa müddətdə dənizçilərin həyəcan siqnalına yardım üçün gəldiyini, hadisənin narahatlıqverici olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR