İranın Dəməşqdəki konsulluğunun yeni binasının açılışı olub.
APA xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Dəməşqdəki konsulluğunun yeni binasının açılışını edib.
Konsulluğun yeni binasının açılışında İranın xarici işlər naziri ilə yanaşı, onun suriyalı həmkarı da iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl İsrail İranın Dəməşqdəki konsulluq binasına aviazərbə endirib.