Cənubi Koreyada ABŞ-ın Osan hərbi hava bazasına qanunsuz daxil olmağa cəhd edən 8 universitet tələbəsi saxlanılıb.
APA xəbər verir ki, onlar bazanın girişində ABŞ əleyhinə şüarlar səsləndiriblər.
ABŞ hərbçiləri 4 oğlan və 4 qız tələbəni saxlayaraq Cənubi Koreya polisinə təhvil veriblər.
Onlar hərbi obyektlərin mühafizəsi haqqında qanunu pozmaqda şübhəli bilinirlər və dindirmə zamanı ifadə verməkdən imtina ediblər.
Tələbələrin üzvü olduqları Koreya Proqressiv Universitet Tələbələri Birliyi bildirib ki, etiraz ABŞ hərbi qüvvələrinin ölkədə yarımkeçirici sənaye klasteri layihəsinə mane olduğu iddiası ilə bağlı keçirilib.
ABŞ ordusu isə hərbi obyektə icazəsiz daxil olma cəhdinin ciddi qanun pozuntusu olduğunu açıqlayıb.