Yəməndə fəaliyyət göstərən husilər çərşənbə axşamı Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanındakı həssas hədəfə pilotsuz uçuş aparatı ilə zərbə endirdiklərini bildiriblər.
APA xəbər verir ki, barədə husilərin sözçüsü Yəhya Səriya sosial media hesabında məlumat verib.
Qruplaşma sözçüsü hücumun nəzərdə tutulan hədəfi dəqiq vurduğunu iddia edib.
O bildirib ki, əməliyyat Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının Yəmənin Səədə və Həccə vilayətlərinin hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri isə husilərin bu iddiası ilə bağlı hələlik açıqlama verməyiblər.