Bank Of Baku

ABŞ-ın Suriyadakı bazalarına yenə hücum olub

ABŞ-ın Suriyadakı bazalarına yenə hücum olub
# 29 oktyabr 2023 10:42 (UTC +04:00)

ABŞ-ın Suriyanın şimal-şərqində Haseke vilayətində yerləşən hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

APA-nın “Al Mayadeen” telekanalına istinadən verdiyi xəbərə görə, Əl-Cebsa neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti Hərəkatı öz üzərinə götürüb.

Bundan əvvəl ABŞ-ın Suriyanın şimalında Əl-Omar neft yatağı yaxınlığında yerləşən iki hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xatırladaq ki, ötən gün Pentaqon Suriyadakı ABŞ bazalarına hücuma cavab olaraq iki “F-16” təyyarəsi ilə İranın Suriyadakı bazalarına zərbə endirildiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR