Bank Of Baku

ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib

ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib
# 02 aprel 2025 01:28 (UTC +04:00)

ABŞ ordusu Yəmənin “Ənsar Allah” hərəkatının nəzarəti altında olan üç əyalətindəki ərazilərə bir neçə dəfə zərbə endirib.

APA xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Əl-Hodeyda, Saada və Həccah əyalətləri hücuma məruz qalıb. Hücumların nəticələri barədə hələlik məlumat yoxdur.

“Al Hadath” telekanalının yaydığı məlumata görə ABŞ Hərbi Hava Qüvvələri Yəmənin qərbində yerləşən Əl-Hodeydə əyalətində husilərin təlim düşərgəsinə silsilə zərbələr endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR