Paşha Bank
Bank Of Baku

İstanbulda çirkli pulların yuyulması ilə bağlı daha 10 nəfər axtarışa verilib

İstanbulda çirkli pulların yuyulması ilə bağlı daha 10 nəfər axtarışa verilib
# 28 oktyabr 2026 22:54 (UTC +04:00)

İstanbulda çirkli pulların yuyulması ilə bağlı daha 10 nəfər axtarışa verilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, İstanbul Prokurorluğu Türkiyədə və xaricdə yaradılan şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda pulun yuyulması və cinayət gəlirlərinə qanuni görüntü verilməsi iddiaları ilə bağlı araşdırmanı davam etdirir.

İstintaq materiallarına əsasən, şikayətçilər 80 milyon avroluq müqavilə, 100 milyon avroluq pul köçürməsi, 1 milyard avroluq vəsaitin xaricə çıxarılması və 1,5 milyon avro dəyərində yaxtanın satışı ilə bağlı iddialar irəli sürüblər.

Hazırda 10 şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR