Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun səlahiyyətlərini icra edən Kornel Feruta bu gün İrana səfər edəcək.
APA-nın “Al-Jazeera”yə istinadən verdiyi xəbərə görə, bu barədə Agentlik məlumat yayıb.
Məlumatda bildirilib ki, K. Feruta sentyabrın 8-də İranda yüksək səviyyli rəsmilərlə görüşlər keçirəcək.
“Səfər AEBA ilə İran arasında davam edən qarşılıqlı əlaqələrin bir hissəsidir. Həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində İranda AEBA monitorinq aparacaq", - deyə məlumatda qeyd edilib.