Bank Of Baku

Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV

Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
# 18 sentyabr 2026 10:53 (UTC +04:00)

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

APA-Economics”in əldə etdiyi məlumata görə, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR