Bank Of Baku

Aİ səfirləri İran XİN-ə çağırılıb

İran XİN-in mətbuat katibi- İsmayıl Bəqayi

© APA | İran XİN-in mətbuat katibi- İsmayıl Bəqayi

# 02 fevral 2026 11:50 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin Tehrandakı səfirlərinin hamısı İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bugünkü brifinqdə deyib.

O bildirib ki, Avropa İttifaqı ölkələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin səfirlərinin XİN-ə çağırılması minimal addımdır və bu istiqamətdə əlavə tədbirlər görüləcək.

“Biz bir çox cavab addımlarını nəzərdən keçiririk və bir sıra variantlar düşünülüb. Bu variantlar qərarverici orqanlara təklif edilib. Düşünürük ki, növbəti günlər ərzində Avropa İttifaqının qeyri-qanuni və yanlış qərarı ilə bağlı atılacaq cavab addımları barədə qərar veriləcək”, - Bəqayi bildirib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri bir neçə gün əvvəl SEPAH-ı terror təşkilatı kimi rəsmi olaraq tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR