Bank Of Baku

Aİ XİN başçılarının iclasına Fələstin və İsrail də dəvət olunub

İsrail  xarici işlər nazir Eli Kohen və Fələstin xarici işlər naziri  Riyad Əl-Maliki

© APA | İsrail xarici işlər nazir Eli Kohen və Fələstin xarici işlər naziri Riyad Əl-Maliki

# 10 oktyabr 2023 14:09 (UTC +04:00)

Bu gün keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin fövqəladə iclasına həm Fələstin, həm də İsrail xarici işlər nazirləri də dəvət olunub.

APA xəbər verir ki bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.

"Mən İsrailin xarici işlər naziri Eli Koeni bu gün günortadan sonra baş tutacaq Aİ xarici işlər nazirlərinin toplantısına qoşulmağa dəvət etmişəm.
Fələstin xarici işlər naziri Riyad Əl-Malkini də görüşdə çıxış etmək və Fələstin Administrasiyasının fikirlərini təqdim etmək üçün dəvət etmişəm", -Borrell bildirib.

Qeyd edək ki, fövqəladə iclas virtual formatda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR